Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni – TƏYİNATLAR

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni – TƏYİNATLAR

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İlqar Nazimoğlu Muradov Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının üzvü təyin edilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, digər sərəncamla İbrahim Əsəd oğluAlışov Palatanın baş icraçı direktoru vəzifələrinə təyin edilib.

İlqar Muradov 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. İ. Muradov müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Milli Depozit Mərkəzinin İdarə heyəti sədrinin müavini, təyinatdan əvvəl isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsisədrinin müavini vəzifəsində çalışıb.

İbrahim Alışov 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində başlayan İ. Alışov sonradan bank sektorunda müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən "Caspian Development Bank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edib.

Xatırladaq ki, bundan öncə Nigar Ramiz qızı Məmmədova Palatanın Direktorlar Şurasının sədr müavini təyin olunub.

 


OXŞAR XƏBƏRLƏR