“Ərdoğan gedərsə, terror bitəcək deyirlər...” - Prezidentdən sərt açıqlama

“Ərdoğan gedərsə, terror bitəcək deyirlər...” - Prezidentdən sərt açıqlama
Türkiyə prezidenti onun istefasını istəyənləri sərt tənqid edib.
"Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, terrorun Türkiyədə 35 illik tarixi var:
"Tayyip Ərdoğan Türkiyənin başından gedərsə terror gedər, demokratiya gələr deyirlər. Kim deyir bunu? Terror təşkilatının Qəndildəki rəhbəri. Başqa kim deyir? Amerikanın buradakı diplomatları, bəzi köşə yazarları... Bəs yaxşı, Ərdoğan gedərsə doğrudan da, terror gedər, ölkəyə demokratiya gələr? Terrorun Türkiyədəki tarixi 35 ildir. Həmin dövrlərdə iqtidarda deyildim, ona nə deyəcəksiniz?
Kızılayda bomba partladaraq insanların ölümünə səbəb olan terror təşkilatının demokratiya ilə nə əlaqəsi ola bilər. Terror təşkilatı lideri ilə eyni dildə danışanlara terrorçu deyil, bəs nə deyəcəyik?”.
Ərdoğan eyni zamanda, toxunulmazlığın qaldırılması məsələsinin də sürətləndirilməsinə diqqət çəkib: "Parlament bu məsələdə addımını sürətlə atmalıdır. Mənim kürd qardaşlarımı küçələrə salaraq 50-52 nəfərin ölümünə səbəb olanlara bu ölkədə "terrora təşviq edən”lər kimi cinayət işi açılmayacaq, üstəlik parlamentə gəlib boy göstərəcək və millət də onları seyr edəcək? Əgər parlament onlara qarşı lazımi mövqe ortaya qoymazsa, bu millət, bu tarix parlamentdən hesab sorar”.

OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...