Qüdrət Həsənquliyev: “Yenə türk qardaşlarmızın mənəvi və siyasi dəstəyi ilə Qarabağı azad elədik”

Qüdrət Həsənquliyev: “Yenə türk qardaşlarmızın mənəvi və siyasi dəstəyi ilə Qarabağı azad elədik”

"1918-ci ildən sonra Azərbaycan xalqı ikinci tarixi qələbəyə imza atır. Birinci qələbədə biz türk qardaşlarımızın köməyi, Allah ruhunu şad eləsin, Nuru paşanın dəstəyi ilə Bakını işğaldan azad elədik. Yenə türk qardaşlarmızın mənəvi və siyasi dəstəyi ilə Qarabağı azad elədik”.

Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bu fikirləri parlamentin plenar iclasında söylədi.

Millət vəkili əlavə etdi ki, bu qələbənin əldə olunmasında önəmli rolu Azərbaycan ordusu oynadı: "Azərbaycan ordusu dünyaya göstərdi ki, biz, bəzilərinin düşündüyü kimi, geridə qalmış müsəlman ölkəsi deyilik. Azərbaycan müasir bir ordu qurub. Bu xalqın potensialı bundan ibarətdir. Müasir texnologiyalara əsaslanan, müasir silahlartdan bacarıqla istifadə etməyi bacaran bir millətik. İkincisi, göstərdi ki, bu millət çətin vəziyyətdə bir yumruq kimi birləşə bilir.  Yəni bu da bizim xalqın mütəşəkkilliyini nümayiş etdirdi. Üçüncüsü, Azərbaycan Ermənistandan fərlqi olaraq monoetnik respublika deyil. Biz çoxmillətli respublikayıq. Burada çoxsaylı xalqların nümayəndələri, etnik qruplar yaşayır. Onlar öz torpaqları üçün vuruşdular, həyatlarını qurban verdilər. Yəni biz həqiqətən multikultural cəmiyyətik.

Ermənilər də istəsələr, Azərbaycanda digər xalqlar kmi bir icma olaraq yaşaya bilərlər. Ordumuz həm də onu göstərdi ki, Azərbaycan dövləti beynəlxalq qanunlara hörmət edən bir xalqdır. Ordumuz tərəfindən bir dənə də olsun müharibə cinayəti törədilmədi. Biz bəzən artıq itki verdik, amma şəhərləri bombalamadıq, artilleriya atəşinə tutmadıq. Çalışdıq ki, dinc insanlara zərər verməyək. Xalqımız bununla da beynəlxalq birliyin hörmətini qazanmış oldu”. Q.Həsənquliyev parlament tribunasından həm də qonşu ölkələrə minnətdarlığını bildirdi: "Döyüşlərin getdiyi qızğın vaxtlarda onlar bəyan elədilər ki, müharibə Azərbaycanın ərazisində gedir. Onlar Azərbaycanın ərazi bütövlüyünün vacibliyini söylədilər.

Əlbəttə, bəzi insanların gözləntiləri daha çox idi. Amma hesab edirəm ki, bunlar da yetərlidir. Buna görə biz onlara minnətdar olmalıyıq və minnətdarlığımızı bu tribunadan ifadə eləməliyik. Azərbaycan xalqı, Ali Baş Komandanın liderliyi, uzaqgörənliyi, strateji düşüncəsi ilə bu müharibəyə uzun müddət idi ki, hazırlaşırdı. Bu müharibənin nəticəsi olaraq ermənilər məğlub olduqlarını etiraf etdilər. Azərbaycan böyük bir tarixi qələbəyə imza atdı.  Xalqımızı bir daha bu qələbə münasibəti ilə təbrik edirəm”.



OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...