\"Qarabağı birlikdə inşa edəcəyik\" - Türkiyə Prezidenti
16:01 / 16.06.2021
1602
"Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını dağıdanları görməyənlər azadlıq mübarizəsi üçün səfərbər olmuşdular. Gəlsinlər, Qarabağı, Füzulini görsünlər. Dünən oraları gördük. Onlar gələn zaman işğalçı, gedən zaman isə tar-mar edənlərdir”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar: "Amma onlar hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə oraları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik”.