\"Putin hərəkətə keçəcək, yeni müqavilə imzalanacaq\" - Erməni təxribatının sonu necə olacaq?

\
Xəbər verdiyimiz kimi ötən gün Ermənistan tərəfi atəşkəsi yenidən pozub. 
 
Erməni təxribatı nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.

 

Maraqlıdır, bundan sonra mümkün vəziyyət necə olacaq?

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı danışan politoloq Asif Nərimanlı sözügedən təxribatdan sonra mümkün iki ssenarinin olduğunu bildirib:

 

"Birinci ehtimal ondan ibarətdir ki, ikinci cəbhə Qarabağda açılacaq - Azərbayan erməni qoşunlarının çıxarılması üçün "məcburetmə” əməliyyatına başlaya bilər.

 

İkinci ssenari isə belədir ki, Putin sərhəddə toqquşmanı dayandırmaq üçün hərəkətə keçə bilər. Azərbayan-Ermənistan sərhəddinin Kəlbəcər istiqamətində Paşinyanın təklif etdiyi kimi "beynəlxalq müşahidəçilər” yox, Rusiya qoşunları (Ermənistan tərəfdən) yerləşdiriləcək".

 

Politoloq üçtərəfli görüşün olacağını da istisna etməyib:

 

"Moskvada üçtərəfli görüş keçiriləcək və istisna deyil ki, masada yeni sərhəd müqaviləsi olacaq. Paşinyan isə sərhəd müqaviləsini imzalamaq üçün sərhəddə toqquşmalar və itkiləri daxili auditoriyada haqq qazanmaq üçün istifadə edəcək".

 


Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...