Polat Alemdar türk xalqına çağırış etdi: \"Kurtlar Vadisi həqiqət imiş\"-VIDEO

Polat Alemdar türk xalqına çağırış etdi: \
"Kurtlar Vadisi" serialının "Polat Alemdar"ı Necati Şaşmaz Taksim meydanında insanlar qarşısında çıxış edərək, çevrilişə cəhd edənləri qınayıb.

O, çıxışında deyib:

"Hörmətli qardaşlarım, milli iradəmizi tapdalamağa çalışdılar, demokratiyamıza zərbə vurmaq istədilər. Biz dimdik ayaq üstə qaldıq. Bir tankdan digər tankın altına qaçdıq. Bunun qarşısını alan xalqıma minnətdarlığımı bildirirəm. Millətimiz bu demokratiya savaşında qarşısında durdu və onu əzdi.

Onlar özlərini insansevər kimi təqdim etdilər. Çoxlarını din adı ilə aldatdılar. Amma biz bu gün onların əsl simalarını gördük.

"Kurtlar Vadisi"serialında illərdir bu həqiqəti başa salmağa çalışırıq. Serialda "bunlar təxəyyül məhsuludur" yazılıb, amma bu gün görürük ki, bunlar bir həqiqət imiş. Biz başa salmağa davam edəcəyik. Biz bütövük. Birliyimizi göstərək!".(Aktual.az)
 
]

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...