PKK-nın yüksək vəzifəli şəxsi məhv edildi
11:11 / 07.12.2021
522
PKK terror qruplaşmasının Şimali İraqın Qap-Rıha bölgəsi üzrə "nümayəndəsi" "Rubar" ləqəbli Ferhat Tunç zərərsizləşdirilib.
Sfera.az bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, sözügedən şəxs Əmniyyət, Kəşfiyyat, Aviasiya və Polis Özəl Hərəkatının keçirdiyi əməliyyatlar nəticəsində Şanlıurfada məhv edilib.
Belə ki, quruma PKK/KCK terror təşkilatı üzvünün Şanlıurfanın Bozova rayonunun Hacılar kəndində gizləndiyi barədə məlumat daxil olub. Xüsusi Hərəkat Şöbəsi qruplarının "təslim ol” çağırışlarına atəşlə cavab verən separatçı terror təşkilatı üzvü ölü olaraq yaxalanıb. Onunla yanaşı, 1 tapança, 2 qumbara, 1 termal şüşə və təşkilati sənədlər də götürülüb.
Günay Rəsulqızı
Sfera.az