Paşinyanın hakimiyyətdən getməmək üçün yeni planı - VİDEO

Paşinyanın hakimiyyətdən getməmək üçün yeni planı - VİDEO
Ermənistan hakimiyyəti parlamentə özünü buraxmaq hüququ vermək istəyir.

Hakim "Mənim addımım" parlament fraksiyası ölkədəki daxili siyasi böhran fonunda konstitusiya dəyişiklikləri layihəsini müzakirə edir.

Dəyişiklik qəbul olunsa, Ermənistan parlamenti özünü buraxmaq hüququna sahib olacaq.

Sfera.az bildirir ki, "Aykakan Jamanak" qəzetinin xəbərinə görə, layihədə Ermənistan konstitusiyasının 92-ci maddəsinə deputat sayının 3/5-nin qərarı ilə parlamentin buraxılması ilə növbədənkənar seçkilərin keçirilə biləcəyi bəndin əlavə edilməsi nəzərdə tutulur. Bundan başqa, seçkilərin vaxtının dəyişdirilməsi də təklif olunur – parlament buraxıldıqdan sonra 40 gündən 55 günə qədər keçirilməlidir.

Qeyd edək ki, Ermənistanın mövcud konstitusiyasına görə, hökumət başçısının istefasından sonra deputatlar iki iclasda yeni baş naziri seçə bilməyəcəyi təqdirdə parlament buraxıla bilər. Parlament üzvləri hökumətin proqramını təsdiqləməsə, Milli Məclis də buraxılır. Konstitusiyaya görə, erkən parlament seçkiləri qanunverici orqanın ləğv edilməsindən sonra 30 gündən və 45 gündən gec olmayaraq keçirilir.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalif qüvvələr hökumət başçısı vəzifəsinə namizədlərini irəli sürüb. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, səlahiyyətlilər bu il erkən parlament seçkilərinin təşkili təklifi ilə çıxış edir.(publika.az)
 


OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...