“Paşinyana təlxək demişəm, hələ ona bu da azdır”- Prezident İlham Əliyev

“Paşinyana təlxək demişəm, hələ ona bu da azdır”- Prezident İlham Əliyev

Türkiyənin "Habertürk” saytının yazarı, professor Kürşad Zorlu Azərbaycana səfəri ilə bağlı məqaləsində maraqlı məqamlara toxunub.


Sfera.az xəbər verir ki, Kürşad Zorlu prezident İlham Əliyevin Şuşa ilə bağlı önəmli açıqlamasına və ABŞ-dan olan jurnalistə diqqətçəkən cavabına xüsusi diqqət yetirib.


Sözgedən məqaləni təqdim edirik:


Qarabağın işğaldan azad olunmasının 35-ci günündə qardaş Azərbaycandayıq. Bəlkə də bu barədə çox danışılmır, amma Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizə bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Qarabağ münaqişəsi Türkiyə-Naxçıvan-Təbriz-Zəngəzur boyu böyük bir coğrafi-strateji sahəni əhatə edir. Bu problemin məqbul həlli, çox güman ki, Avrasiya coğrafiyasında yeni güc tarazlığı yaradacaq. Dolayısı ilə Azərbaycanın bu sahədə apardığı mübarizəyə həmişəkindən daha çox dəstək göstərilməlidir.


Biz də bu məqsədlə Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi heyətlə paytaxt Bakıya gəldik. Türkiyədən gələn heyətdə Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasının sədri Celal Adan və Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr dostluq qrupunun rəhbəri, deputat Şamil Ayrım da var idi. Səfər boyunca Binəli Yıldırma Azərbaycanda böyük maraq göstərildiyini müşahidə etdim. Xüsusilə gənclərin "Səninləyik Türkiyə” plakatları ilə bizi qarşılaması duyğu dolu anlar yaşatdı. Bizim aramızda söhbət elə İzmirdə baş vermis zəlzələ ilə əlaqədar başladı və demək olar ki, hamımızın fikri də orada idi.

 

Səhər saatlarında ilk olaraq hakim Yeni Azərbaycan Partiyasının sədr müavini–icra katibi Əli Əhmədovla görüşdük. Əli Əhmədov 2007-ci ildə də bu vəzifədə idi. Hətta o il hazırladığımız reportajda Şimali Kiprin Azərbaycan tərəfindən tanınması məsələsini də məhz onun dilindən çatdırmışdım. Sözügedən məsələnin nəticəsiz qalmasına səbəb isə həll edilməmiş Qarabağ münaqişəsi idi.

 

Əli Əhmədovla görüşdən sonra Prezident sarayına yola düşdük. Yolda olarkən bəzi işarələr diqqət çəkirdi. Belə ki, yolboyu Qarabağın işğaldan azad olunmuş, eləcə də işğalda olan rayonlarına neçə km məsafə qaldığını göstərən lövhələr vardı. Bu çox mənalı görünürdü.

 

Prezident İlham Əliyev bizi "Eviniziə xoş gəlmisiniz” deyərək, çox isti qarşıladı. Onun əhvalı çox yüksək, sevincli idi. Təkcə bu əhval cəbhədə vəziyyətin yaxşı olması mesajını verirdi.


İham Əliyev əvvəlcə prezident Ərdoğandan və onun Azərbaycana göstərdiyi dəstəkdən bəhs etdi: "Ağlı, ürəyi həmişə buradadır. Əgər münaqişənin başlanğıcından bu yana Türkiyənin bizim yanımızda bu cür sağlam və qərarlı duruşu olmasaydı bəzi ölkələrin səsi fərqli şəkildə də çıxa bilərdi”.

 

İki lider arasındakı yaxın münasibət "Tək millət, iki dövlət” ifadəsini tamamlayır.

 

Ötən gün Xarici İşlər naziri Mevlut Çavuşoğlunun səfəri də iki liderin görüşündən bir neçə dəqiqə sonra planlaşdırılmışdı. Həm də çox önəmli məsələ ilə bağlı… Prezident İlham Əliyevə "Hazırkı vəziyyət necədir? İşğal olunmuş torpaqların azad olunması prosesi nə zaman bitir?” sualına İ. Əliyev "Ordumuz irəlilədikcə görürük ki, ermənilər hər yeri dağıdıb, yıxıb. Evlər, məktəblər, məscidlər, muzeylər dağıdılıb… Onlar Zəngilandakı qızıl mədənlərini talan ediblər. Bunların dəqiq və obyektiv şəkildə müəyyənləşdirilməsinə ehtiyac var”, deyə cavab verdi.

 

Bundan sonra Xarici İşlər naziri Mevlut Çavuşoğlu Bakıya gəlmiş, bu məsələyə öz nitqində də yer ayırmışdı. Bu detal çox önəmlidir.


Prezident İlham Əliyev gündəmdə olmayan bir məsələyə də diqqət çəkdi. "Ermənistan Avropa Birliyi nəzdində münaqişə səbəbi ilə Qarabağdan Ermənistana köç edənlərlə bağlı məsələni gündəmə gətirdi. Amma nədənsə öz doğma torpaqlarında didərgin salınmış 1 milyondan çox azərbaycanlı kiminsə ağlına gəlmir. 2009-cu ilədək bu qədər insanın bir qismi çadırlarda yaşayıb. Bizim hər mənada xeyirli olan torpaqlarımızı ermənilər mənimsəyib. Məsələn, bizim əsl faydalı mədənlərimiz Kəlbəcərdə yerləşir. Allah qoysa bu problemi həll edəcəyik”.


Bu sırada Binəli Yıldırım hər kəsin maraq göstərdiyi bir məsələyə toxunaraq Şuşada vəziyyətin necə olduğu ilə maraqlandı. "İndi ancaq bu qədərini deyə bilərəm. Azərbaycan ordusu Şuşaya bir nəfəs qədər yaxındır. Ərazi şəraitindən dolayı çox diqqətli davranaraq hərəkət edirik. Ermənistana davamlı olaraq silah-sursat və canlı qüvvə göndərilir. Bu günədək 300-dən çox tank, 8 ədəd S-300 müdafiə sistemi məhv etmişik. Bu silahları Gürcüstan üzərindən keçirməyə cəhd etsələr də bacara bilmədilər. Onların bundan sonra mülki təyyarələrlə qanuna zidd şəkidlə silah gətirdiyini də bilirik. Bununla bağlı beynəlxalq qurumlara da müraciət etdik, amma nəticə olmadı” deyə, prezident İlham Əliyev bildirib.


Yeri gəlmişkən, biz ölkə başçısının Ermənistan baş naziri Paşinyana ünvanladığı sərt sözlərə də toxunduq. Bu məqamda İlham Əliyev ABŞ televiziyasına verdiyi müsahibəni xatırlatdı. Belə ki, jurnalist İlham Əliyevə "Siz Paşinyana rəqs edən təlxək demisiniz, bu doğrudur?” sualını verincə o da "Bəli, doğrudur. Hətta az demişəm” cavabını verib.

 

Sfera.az

Əzizə Zeynal

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...