Paşinyan Qarabağda müharibə istəyir

Paşinyan Qarabağda müharibə istəyir
 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda planlaşdırılmış görüşü ərəfəsində növbəti davakar bəyanatla çıxış edib.

 

Virtualaz.org-un "Sputnik Armeniya”ya istinadən məlumatına görə, N.Paşinyan bəyan edib ki, Qarabağda döyüş istənilən vaxt başlana bilər.

 

Nikol Paşinyan Azərbaycanı, guya nizamasalma prosesini konstruktiv danışıqlar məcrasından çıxarmağa çalışmaqda ittiham edib və bildirib ki, Ermənistan bu cəhdlərin qarşısını almalıdır.

 

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsini daim artırmalıdır.

 

"Nə Ermənistan, nə də Dağlıq Qarabağ müharibə istəmir, amma heç kim onları müharibə təhlükəsi ilə qorxuda bilməz və bunu başa düşmək vacibdir", - deyə baş nazir bildirib.

 

Virtualaz.org-un daha əvvəl bildirdiyi kimi, Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri hazırda Vaşinqtondadırlar və Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vasitəçiliyi ilə danışıqlar aparacaqlar. Bu danışıqların gündəliyi Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün hazırlanmasıdır.

 

Vacib danışıqlar ərəfəsində Nikol Paşinyanın sərt ritorikalı çıxışı göstərir ki, o bunda maraqlı deyil və sülh prosesini pozmaq istəyir. N.Paşinyanın hərəkətləri Azərbaycanın tərəfdar olduğu etibar və dialoq platformasının bərpası üzrə səyləri heçə endirir.


OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...