Oqtay Güləliyevin durumu necədir? - Türkiyəli həkim danışdı - VİDEO

Oqtay Güləliyevin durumu necədir? - Türkiyəli həkim danışdı - VİDEO
 

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.

Sfera.az  xəbər verir ki, İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakıya Oqtay bəyin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəvəti ilə gəlib: "Xəstəni müayinə etdim, əlimdən gələn köməyi etməyə hazıram. Oqtay bəyin ümumi vəziyyəti hazırda kritikdir. Beyində ciddi zədələnmə var, başqa bir problemi yoxdur. Burada zəruri olan bütün tədbirlər görülüb. Həyatı üçün təhlükə var. Beyni zədələndiyi üçün ciddi problemlər ortaya çıxa bilər. Hazırda bunu proqnozlaşdırmaq mümkün deyil.


Azərbaycanda edilən bütün tibbi müdaxilələr yerindədir. Vaxtında əməliyyat olunub və lazımı tibbi yardım göstərilib. Mənim bura gəlməyim tamamilə ailənin istəyi olub, əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəyəm, əlavə bir iş görməyəcəyəm. 

Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurları baxımından fərq var. Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstə yaxınlarının tələbi ilə biz onu İstanbula aparırıq. 

Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm".

Türkiyəli mütəxəssis Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşdüyünü də qeyd edib: "Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik".
O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib ki, hazırda əri ikinci dərəcəli komadadır, vəziyyəti ağırdır: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Oqtayın Türkiyəyə aparılması təşkil olunub, onun müalicəsi orada davam etdiriləcək. Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyinə də təşəkkür edirəm. Buradakı müalicəsi çox yüksək səviyyədə aparılıb. Sadəcə, Oqtay Gülalıyev City Hospitalda gec əməliyyat olunduğu üçün bu vəziyyətə düşüb".


OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...