On gün qida boyası içdi, nəticədə orqanizmində bu dəyişikliklər baş verdi - VİDEO

On gün qida boyası içdi, nəticədə orqanizmində bu dəyişikliklər baş verdi - VİDEO
 "TikTok”un "Coltyy” nikli istifadəçisi 10 gün mavi rəngli qida boyası içib. "Daily Mirror”un məlumatına görə, o, eksperimentin gedişatı və nəticələri barədə məlumatları öz hesabında mütəmadi olaraq dərc edib. Nəticədə beş gündən sonra onun dişində, 10 gündən sonra isə  saç və dərisinin rəngində dəyişikliklər görünüb.

"Coltyy”dən sonra sosial şəbəkənin digər istifadəçiləri də təcrübəni təkrarlamağa başlayıb.

 "TikTok” rəhbərliyi isə bu videoların bəzilərini təhlükəli hesab edərək, kadrları ancaq "travmatik təhlükəli” işarəsi ilə paylaşmağa imkan yaradıb.

"Coltyy” bu sınaqların onun orqanizminə mənfi təsir etmədiyini və təcrübəyə davam etməyi düşündüyünü deyib.

Tibb sahəsində mütəxəssislər və həkimlər az miqdarda qida boyasının təhlükəsiz olduğunu bildiriblər. Lakin bəzi tədqiqatlardan sonra qida əlavəsi ilə diqqətin yayınma sindromu və hiperaktivlik arasında əlaqə müəyyən edilib. (Oxu.az)



OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...