“Olaylar”-25: “Hər zaman dövlətimizin yanında olmuşuq. Yola davam”-Yunus Oğuz

“Olaylar”-25: “Hər zaman dövlətimizin yanında olmuşuq. Yola davam”-Yunus Oğuz
 "Bu gün Azərbaycan media sahəsində öz sözünü demiş "Olaylar" İnformasiya Agentliyinin və qəzetinin 25 illiyidir".
 
Sfera.az  xəbər verir ki, bu sözləri "Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzetinin rəhbəri Yunus Oğuz deyib. Yunus Oğuz bildirib ki, olduqca çətin bir dövrdə yaradılmış media qurumu inkişaf edərək böyük uğurlar əldə edib: "Bəşəriyyəti cənginə almış koronavirus pandemiyası səbəbindən yubileyi geniş qeyd edə bilmirik. Qəzet və agentliyi yaşatmaq üçün hansı ağrılardan və keçmişik bir Tanrı bilir. Neçə siyasətçi və ictimaiyyətçi, mediada sözü və çəkisi olan jurnalist "Olaylar" ailəsində yetişib. Bizim əlimizdən qələm alıb, köməyimizlə ictimai-siyasi həyata vəsiqə qazanıb. Neçələri yüksək vəzifələrə yüksəlib, neçələri "vurulub”...Yarandığı ilk gündən Azərbaycan dövlətinin və millətinin yanında olmuşuq. Dövlətçiliyimizə xidmət etmişik. Bundan sonra da belə olacaq! Həmişə şərəfli bir ömür yaşamışıq, belə də davam etdirmək fikrindəyik. Yolumuza davam. "Olaylar" adına bütün insanların 25 yaşı mübarək!".

OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...