\"Oğlanlarınızı evləndirib bədbəxt etməyin” - Murad Arif toy eləmək həvəsində olanlara SƏSLƏNDİ
12:06 / 09.04.2021
1606
"Evi, təminatı, normal işi olmayan 20-25 yaşlı oğlanlarınızı evləndirib bədbəxt etməyin”.
Sfera.az-ın məlumatına görə, bunu bu sözləri bəstəkar-müğənni Murad Arif deyib. O bildirib ki, ailə məsuliyyət yüküdür:
"O yükdən daha da sınmaq, daha da səfil olmaq, başqasının qızını bədbəxt, nəvələri ehtiyaclı böyütmək qorxusunu düşünün. Ümumiyyətlə düşünün də...”.
M.Arif qeyd edib ki, sonrakı prosesləri düşünmək lazımdır: "Şərt rakka-çikkoyla ətinizi silkələyərək, hoppanıb düşmək deyil axı”.
Türkan
Sfera.az