“O torpaqlara ayaq basmağımızı səbirsizliklə gözləyirəm” - Rəşad Sadıqov

“O torpaqlara ayaq basmağımızı səbirsizliklə gözləyirəm” - Rəşad Sadıqov
"Bütün Azərbaycan xalqını, dövlətimizi, ordumuzu ürəkdən təbrik edirəm. Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm”.

Sfera.az xəbər verir ki, bunu "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov klubun mətbuat xidmətinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə bitməsi barədə danışarkən deyib.

38 yaşlı mütəxəssis başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Ordumuzu təbrik edib: "Uzun illər idi, işğal altında olan torpaqlarımızın azad olması arzusu ilə yaşayırdıq. Allaha şükür, bu günləri yaşayırıq. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Ordumuzu ürəkdən təbrik edirəm. Bu günləri bizə yaşatdığına görə onlara təşəkkür edirəm. Onlarla fəxr edirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Yaralılarımıza Allah şəfa versin. Bir daha bütün Azərbaycan xalqını bu zəfər münasibətilə ürəkdən təbrik edirəm. İşğaldan azad olunmuş torpaqlarımıza ayaq basmağımızı, orada zaman keçirməyimizi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, əslən Kəlbəcər rayonundandır.

OXŞAR XƏBƏRLƏR

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına q...

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...

Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI - VİDEO

Məktəblilər arasındakı dava ölümlə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Tərtərdə baş verib. Mübahisə edən şagirdlərdən biri digərinə xəsarə...

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. &...

Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi

Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək bu barədə İran vətəndaşına məlumat verməli olan kuryerlər - Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olun...