Neft və qaz yataqlarından gəlirlər 30 faiz azalıb

Neft və qaz yataqlarından gəlirlər 30 faiz azalıb
Azərbaycan Dövlət Neft Fonduna neft və qaz yataqlarından daxil olan gəlir 30 faiz azalıb. 

Sfera.az Fonda istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində "Azəri-Çıraq-Günəşli” yataqları üzrə gəlirlər 1,437 milyard dollar, "Şahdəniz” üzrə gəlirlər 42,35 milyon dollar təşkil edib. Ümumilikdə, Fonda daxil olan vəsait 1,48 milyard dollar olub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə Neft Fondunun yataqlar üzrə gəliri 30 faizə yaxın azalıb. 2020-ci ilin yanvar-aprel ayları ərzində adıçəkilən yataqlardan gəlirlər 2,095 milyard dollar təşkil edib. Müqayisə göstərir ki, bu il Fonda daxil olan vəsait 615 milyon dollar azalıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR