“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək

“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək
 

Ölkədə son günlər koronavirusa yoluxmanın artmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu evdən çıxmağı qadağan etməsilə əlaqədar olaraq "Nar” öz müştərilərinə gücləndirilmiş rejimində xidmət göstərməkdə davam edəcək. Belə ki, abunəçilər evdən çıxmadan "Nar”ın onlayn və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzindənsorğularına operativ cavab ala bilərlər. Həmçininmobil operator rəsmi sosial media kanalları ("Facebook”, "İnstagram”"Twitter”) vasitəsilə operativ şəkildə abunəçilərinə xidmət göstərməkda davam edəcək. Bundan başqa, abunəçilər evdən çıxmadan "Nar+” tətbiqi vasitəsilə hesablarını daha asan idarə edə bilərlər. Tətbiq bir çox mühüm əməliyyatları bir neçə saniyə ərzində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır.

Qeyd edək ki, "Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etməyi, bütün kanalları vasitəsilə müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmət göstərməyi özünün məsuliyyəti hesab edir.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...