Namiq Abdullayevdən aparıcını döyən qardaşı haqda açıqlama

Namiq Abdullayevdən aparıcını döyən qardaşı haqda açıqlama
"Bəli, mənim qardaşımdır, ancaq mən onun etdiklərinə cavabdeh deyiləm". Bu sözləri Elçin Əlibəylini döyməkdə ittiham edilən Natiq Abdullayevin qardaşı - Olimpiya çempionu Namiq Abdullayev deyir.  

Sfera.az xəbər verir ki, Namiq Abdullayev "Baku.ws"yə açıqlamasında bu xoşagəlməz məsələdə adının hallanmasının doğru olmadığını bildirib:

"Mənim heç xəbərim yox idi, bu gün eşitdim. Ümumiyyətlə, bu məsələnin mənə aidiyyatı yoxdur. Hər ikisinin arasında nə olubsa, getsin şikayətini etsin. Mənim adımı nahaq yerə hallandırır. Elçin Əlibəyli o vəziyyətə çatdırıb ki, hamı mənə zəng vurur. Belə etməməli idi. Qanun var, qanunvericilik var.

Bilirsiz ki, mənim işim həm idmandır, həm də qanun keşiyində dayanmaqdır. Kim olursa olsun, fərqi yoxdur, olimpiya çempionudur və ya başqası, hər kəs qanun qarşısında cavab verməlidir. Hər kəs mənim necə nümunəvi vətəndaş olduğumu bilir, heç vaxt qanuna qarşı çıxmamışam, çıxmaram da. İstəyir qardaşım olmur, lap iki gözüm olsun, əgər xəsarət yetiribsə cəzasını çəkməlidir".

N.Abdullayev bu hadisənin qardaşı Natiqin ilk səhvi olmadığını da qeyd etdi:

"O vaxt da buna oxşar məsələ baş vermişdi, Natiq orada-burada mənim adımdan istifadə edib, bəzi işlər görmüşdü. Onun etdikləri çoxlarına bəllidir. Bundan əvvəl də onunla bağlı açıqlama vermişdim. Hamı bilir nə mən, nə də ailəm onun arxasınca gələn deyil. Əlibəyli getsin şikayətini etsin!"

Namiq bəy qardaşı Natiqin heç bir idman uğuru olmadığını qeyd etdi:

"Natiq nə avropa çempionudur, nə də respublika çempionu. Düzdür, idmanla məşğul olub, amma idmanda heç bir nəaliyyəti yoxdur. Ailəmizdə iki çempion var, biri dünya çempionu qardaşım Arif Abdullayev, biri də mən".

OXŞAR XƏBƏRLƏR

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfl...

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start ver...

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr OLDU

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun arasında görüş olub. &...

“Bolt” qiymətləri QALDIRDI - Şirkət TƏSDİQLƏDİ

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbə...

"Dollar dünya ticarətində dominant mövqeyini qoruyub saxlayıb" - BVF rəsmisi

Dünyadakı gərgin geosiyasi vəziyyətə görə iqtisadiyyat üç bloka bölünüb.    Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Şəhid Ayaz Ağayev dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn e...