Murad Səttarlı: 6:0 pis nəticədir ­ – MÜSAHİBƏ ­– FOTOSESSİYA

Murad Səttarlı: 6:0 pis nəticədir ­  – MÜSAHİBƏ ­– FOTOSESSİYA

“Əslində Foqtsun getməyi yaxşıdır”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı “Simurq” futbol komandasının yarımmüdafiəçisi Murad Səttarlıdır.

- Murad, futbol nə deməkdir?

- Futbol gözəl oyun, həyəcan deməkdir. Futboldan həm oynayanda, həm də baxanda ayrıca zövq alırsan. Futbol dünya miqyaslı həm oyun, həm də biznesdir və bu da insanların həmişə marağına səbəb olur.

- Futbola nə vaxtdan başlamısan?

- 2002-ci ildə Stavropol şəhərində başlamışam. “Dinamo” komandasında 6 il oynadım, bu komandada futbol nədir bildim. Oynadığım klublar CSKA (Moskva) komandası, sonra Maşuk (Ptiqorski) komandası oldu. Beləcə futbol karyeram davam elədi.

- Burda olan klublar sənə heçmi maraqlı deyildi ki gələsən bura?

- Maraqlı idi təbii ki, amma hansı klubdasa oynamalı idim ki gəlim. Mənim bura gəlməyimdə Kamran Quliyevin təşəbbüsü böyükdür. Deməli klublarla maraqlanırmış, əslində başqa futbolçu axtarırmış. Baxıb ki, ən çox qol vuran mənəm. Mənim fəallığımı görüb bəyənmişdi, sonra Vəli Qasımova müraciət etmişdi. Beləliklə, mən həmin vaxt milliyə çağırıldım.

- Hansı klublarımızda oynamısan?

- 2010-cu ildə “Qarabağ”da, “Simurq”da, daha sonra “Sumqayıt”da oynadım. Hal-hazırda yenə “Simurq”dayam.

- Hansı klubu özün üçün uğurlu hesab edirsən?

- “Simurq”da daha uğurlu çıxış edirəm, həm də ki, mən Bakıya gələndə burdakı məşqlərə öyrəşə bilmirdim, qəribə gəlirdi mənə, amma artıq burdakı ab-havaya öyrəşirəm.

- Çoxmu fərqlidir ordakı məşqlər?

- Orda texnika tamam başqadı, məşqin hər bir detalı fərqlidir.

- Ailənlə birgə qalırsan?

- Yox, onlar Bakıda deyil. O vaxtdan köçmüşük, valideynlərim də artıq iş-gücünü Zaqatalada qurublar.

- Niyə ora rahatdı?

- O vaxt işlə bağlı köçdük, şəraitimizi orda qurduq, daha bura qayıtmadıq. Amma mənə elə gəlir ki, nə olur olsun vətənə dönmək lazımdır.

- Foqts getdi... Səncə, milli komanda milli olaraq oynaya biləcəklər?

- Əslində getməyi yaxşıdı. Bir yerdə ki davamlı olaraq məğlubiyyət varsa, deməli nəsə etmək lazımdır. Millimizdə müsbət hallar da var idi, hardasa irəli getdi, hansısa uğuru qazandı, amma əsaslı şəkildə məğlubiyyət görürdük. Buna çarə tapmaq lazım idi, hər halda rəsmilər özləri daha yaxşı bilər.

- Futbolu pul üçün oynayanlar çoxdumu?

- Əslində kim pulsuz futbol oynayar ki?! Hər halda işini görürsənsə, qarşılığını da almalısan. Amma hər peşədə işini yola verənlər var, bu da insanın özündən asılıdır.

- Futbolçuların həyatı eyni rəngdədir deyirlər... Məşq, ev ­- ev, məşq?

- Demək olar ki, çox vaxt elə olur. Məşqdən çıxıb evə getdiyinə sevinirsən, çünki adam yorulur, ancaq yatıb dincəlmək istəyir. Bu, daha çox çempionat vaxtı olur, o vaxta təsadüf edir.

- Bu yaxınlarda sorğu keçirildi, 6:0 söhbətindən (Xorvatiya milli yığmasının Osiyek şəhərində yığmamız üzərində 6:0 hesablı qələbəsindən danışılır – red) sonra dedilər ki, Azərbaycanda futbol yoxdu! Bizdə futbol var, ya yoxdu?

- (gülür) Olur da... Düzdü, 6:0 pis nəticədir və bunu həqiqətən ciddiyə almaq lazımdır.

- Yaxşı, əvvəl yadındadır da neçə olurdu hesab? Məncə irəliləyiş var, əvvəl 8:0 olurdu, indi 6:0, buna da şükür, 2 qol irəlidəyik...

- (gülür) Doğrudur, əvvəllər elə olurdu, amma sonra bir az formaya düşdü. Həm də ki, sonuncu oyunda oyunçular çox yorğun idi, formada olmayanlar var idi, bu da təbii ki, oyuna mənfi təsir göstərirdi.

- Dəfələrlə futbolçularımızdan bunu soruşuram... Maraqlıdır mənə, bizim futbola nə cür diqqət etmək lazımdır ki, inkişaf sürətli olsun?

- Mütləq uşaq futbolu güclü olmalıdır, buna diqqət olunmalıdır. Yüksək səviyyədə idarə olunmalıdır. Sonra onun inkişafını görəcəklər.

- Nə qədər maaş alırsan? Gündəlik xərclərin nə qədər olur?

- Maaş normaldı. Bakıda çox olur xərc, dostlarla hardasa oturursan və s..

- Azərbaycanın ən yaxşı komandası?

- Təbii ki, “Qarabağ”.  Bu komandanın adı, texnikası, yanaşması, oyunu, jestləri fərqlidir. Əsas odur ki, özünü təsdiq edən komandadır.

- Necə xarakterdə birisən?

- El arasında ürəyiyumşaq deyirlər, mən eləyəm, tez inanıram, pis nəsə eləmək də gəlmir qəlbimdən.

- Elə bil özünü təriflədin axı bir az... Heçmi pis cəhətin yoxdu?

- Düzünü desəm yadıma sala bilmirəm, amma deyərdim ki, emosionalam.

Nərmin Kazımova

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...