MSK-dan şübhəli qərar: Zahir Əzəmətin hüquqları növbəti dəfə pozuldu

MSK-dan şübhəli qərar: Zahir Əzəmətin hüquqları növbəti dəfə pozuldu
 
"Bu bir daha onu göstərir ki, bu MSK və DSK-larla, köhnə komandanın formalaşdırdığı bu köhnə tərkiblə nə seçki, nə də islahat aparmaq olar"

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 45 saylı Abşeron Seçki Dairə Komissiyasının növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almaqdan imtina etdiyi tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmətin şikayətinə baxıb.

Bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, təəssüf ki, MSK Dairə Seçki Komissiyasının ədalətsiz qərarını qüvvədə saxlayıb.

"Hazırlanmış ekspert rəyindən və çıxışlardan aşıq-aydın sezildi ki, MSK ya sənədlərlə axıra qədər tanış olmayıb, ya da hansısa səbəblərdən faktlara, sənədlərə göz yumur. Ekspert rəyi ilə çıxış edən MSK üzvü Ramiz İbrahimov isə açıq-aşkar faktlarla manipulyasiya etdi. Belə ki, Əmlak Komitəsindən aldığım və ilk gündən DSK-ya təqdim edilən rəsmi arayışın mövcudluğu faktının üstündən sükutla keçdi. İsrarlı təkidlərimdən sonra R.İbrahimov bütün iclas iştirakçılarına aşı-aşkar yalan danışaraq, bəyan etdi ki, guya mənim Əmlak Komitəsindən aldığım arayış Bakı şəhəri üzrə əmlak sorğusuna cavab imiş. Amma mənim "R.İbrahimov yalan informasiya verir, həmin arayışı qovluqdan çıxarıb burada hamıya təqdim edin" tələblərimi isə qulaqardına vurdu. Hətta Almas xanımın "ətraflı araşdırma üçün əlavə vaxt verilsin" təklifi də səsə qoyulmadı. Bundan əlavə, hər dəfə mənə söz veriləndə Məzahir Pənahov uzun-uzadı və rabitəsiz müdaxilələrlə arqumentlərimi səsləndirməyə imkan verməməyə çalışırdı. Verdiyimi suallara isə cavabsız buraxırdı. Hiss olunurdu ki, mənimlə bağlı ciddi tapşırıq gəlib və mütləq mənfi qərar qəbul edilməlidir. Elə də oldu. Qeyd edim ki, hətta əvvəlki parlament seçkilərində anoloji situasiyalarda MSK namizədlərin xeyrinə qərar qəbul edib və bu barədə lazımi sənədləri də şikayətimə əlavə etmişdim. Amma MSK bütün bunları görməzdən gəldi. Nə özünün əvvəlki qərarlarını, nə dövlətin möhürü ilə təsdiqlənmiş və vaxtında təqdim edilmiş sənədləri tanımaq istəmədi. Bu bir daha onu göstərir ki, bu MSK və DSK-larla, köhnə komandanın formalaşdırdığı bu köhnə tərkiblə nə seçki, nə də islahat aparmaq olar. Amma mən nə seçki mübarizəsindən, nə də hüquqlarımdan vaz keçməyəcəyəm. Sabah Bakı Apelyasiya Məhkəməsinə şikayət edəcəm". 

Xatırladaq ki, Dairə Seçki Komissiyası əmlak bilgilərində uyğunsuzluğu səbəb göstərərək Zahir Əzəmətin (Rəhomov Zahir) namizədliyini qeydə almaqdan imtina etmişdi. Belə ki, namizəd respublika üzrə adına hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində Əmlak Komitəsindən rəsmi arayış almış, DSK-ya verdiyi bildirişi də onun əsasında tərtib etmişdi. Həmin rəsmi arayış da bildirişinə əlavə edərək, DSK-ya təqdim etmiçşdi. Amma sonra məlum olub ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin cavabda Z.Əzəmətin ailə üzvü olaraq adının keçdiyi ümumi torpaq sahəsi naməlum səbəblərdən namizədə verilən rəsmi arayışda qeyd olunmayıb.

OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...