Milli parkların saxlanma xərcləri artır

Milli parkların saxlanma xərcləri artır
Azərbaycanda milli parkların saxlanma xərcləri artır. 2020-ci ilin məlumatına əsasən, milli parkların saxlanılmasına çəkilən xərc 3,644 milyon manat olub ki, bu da 2019-cu ildəki xərclərdən 611 min manat və ya 20 faiz çoxdur. 

Sfera.az bildirir ki, milli parkların saxlanma xərcinə bütün xərclər daxildir. Bura dövlət büdcəsi, yerli büdcə, büdcədənkənar ətraf mühitin mühafizəsi fondu, xüsusi mühafizə olunan təbiət ərazilərinin büdcədənkənar fondu və qanunvericilikdə nəzərdə tutulmuş digər maliyyələşdirmə mənbələri hesabına ayrılmış vəsaitlər aiddir.

Milli parkların saxlanma xərcləri davamlı artır. 2013-cü illə müqayisədə xərclər 2 dəfə artıb. 

Qeyd edək ki, Azərbaycanda 10 milli park var. Onların ümumi sahəsi 310 min hektardan çoxdur. Milli parklar Azərbaycan ərazisinin 3,58 faizini təşkil edir. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR