Məşhur istirahət mərkəzləri bağlana bilər

Məşhur istirahət mərkəzləri bağlana bilər

Çimərlik ərazilərində tullantı sularının idarə olunması ilə bağlı növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirilib və bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyəti yoxlanılıb. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki,  reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən "Palma”, "Riverin”, "Ober Lyuks”, "El Faro”, "Təhsil”, "Atlant” istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən "Dostluq”, "Caspian Breeze”, "Şərur”, "Amore”, "Nicat”, "Freqat”, "Regnum”, "Röya”, "Turan”, "Təndir”, "Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub. 

Xaçmaz rayonundakı "Çıraqqala”, "Jalə”, Sumqayıt şəhərindəki "Duyğu”, "Liman”, "Atlantida”, "Flaqman”, "Narınqala”, Balıqçı”, "Alma”, "Neptun, "Antalya”, "Qala”, Bakı şəhərindəki "Mirvari”, "Riyad park”, "Caspian Beach”, "1001 gecə”, "Eldarado”, "Dostluq”, "Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş "məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırılıb. 

Reydlər zamanı Nabranda fəaliyyət göstərən "Lotos”, "Ulduz”, Sumqayıtda "Katamaran”, "Sahil”, "Diana”, Bakıda "Bizim sahil”, "Xəzər”, "Türkan”, "Simurq”, "Voyage”, "Qala” və "Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə "Dağlar oğlu”, "Həsirli”, "Su pərisi”, "Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub. Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan "məcburi göstəriş”lər  verilib.

Qeyd edək ki, "1001 gecə” istirahət mərkəzi millət vəkili Hüseynbala Mirələmova məxsusdur.


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...