Məktəblər hansı halda bağlanacaq? - \"Bu qədər yoluxma olarsa...\"

Məktəblər hansı halda bağlanacaq? - \
Xəbər verdiyimiz kimi, Bakı məktəblərindən birində 3 nəfərin koronavirusa yoluxması səbəbi ilə təhsil müəssisəsi 14 günlük qapanıb.

Bu isə öz növbəsində bəzi valideynlərdə və məktəblilərdə yenidən tam distant təhsilə keçidlə bağlı narahatlıq yaradıb.
 
Maraqlıdır, bir məktəbdə neçə nəfərin koronavirusa yoluxması həyəcan siqnalına əsas verir? Yəni hansı halda məktəb distant təhsilə keçid etməlidir?

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev hazırkı durumun onlayn təhsilə keçidə səbəb olmayacağını bildirib:

"Bir məktəbdən 3-5 nəfərin koronavirusa yoluxması təhlükəli deyil. Təhsil müəssisəsində 10 nəfər virusa yoluxarsa bu halda tədbir görülməli, məktəb qapanmalıdır. Yoluxanların isə məktəbli, yaxud işçi heyətindən olmasının önəmi yoxdur, çünki istənilən şəxs yoluxdurucu hesab olunur.

Müşahidə edirəm ki, məktəblərdə koronavirusla əlaqədar yoxlanışlar zəif təşkil olunub. Düzdür, şagird və müəllim sayı çoxdur, bu baxımdan müəyyən qədər anlayıram ki, yoxlanış çətinləşir. Amma yenə də məktəbin girişində şərait yaradılmalıdır ki, hər kəs yoxlanışdan keçsin. Çünki gündəlik həyatımızın normala dönməsi üçün qaydalara riayət etməliyik. Bundan əvvəl də yoluxma artanda məhz məktəblər burada xüsusi rol oynamışdı, indi də elə hal yaşanmasa yaxşıdır".
 
Sfera.az
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...