“KTMT “süni nəfəs aparatına” qoşulub" - NATO ilə əməkdaşlıq arzusuna REAKSİYA
Dünən Rusiyanın paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib, yekun bəyanat səsləndirilib. Sfera.az-ın məlumatına görə, bu barədə danışan politoloq Elçin Mirzəbəyli sözügedən qurumun öz ömrünü başa vurduğunu və bunu yekun bəyanatın təsdiq etdiyini deyib: "KTMT, zənnimcə artıq "süni nəfəs aparatına” qoşulub. Yekun bəyanatda yer alan əsas detallar da bunu sübuta yetirir. Belə ki, bəyanatda Avrasiya regionunda