Tehran internetsiz qalıb
Tehran 70 saatdan çoxdur ki, internetsizdir. Sfera.az -ın məlumatına görə, İran paytaxtında mobil telefon xidmətləri gündüz, gecə isə tamamilə kəsilir, SMS mesajlaşma xidmətləri də dayandırılıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bazar günü Vaşinqtonun iranlıların internetə çıxışını bərpa etmək üçün addımlar ata biləcəyini, o cümlədən "Starlink" mobil terminalları vasitəsilə internetə çıxışı bərpa edə biləcəyini açıqlayıb. Xatırladaq ki, yanvarın 8-də İranın hər yerində internet kəsilib.