Özcan Deniz məhkəməyə göndərildi – Həyat yoldaşından diqqətçəkən paylaşım
Türkiyəli müğənni və aktyor Özcan Deniz barəsində aparılan istintaq çərçivəsində yeni hadisə yaşanıb. Məşhur sənətçinin həyat yoldaşı Samar Dadgarın sosial şəbəkədə etdiyi paylaşım isə Türkiyə maqazin gündəminin diqqət çəkən mövzularından birinə çevrilib.
Sfera.az xəbər verir ki, İstanbulda məşhurlara qarşı aparılan narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində saxlanılan Özcan Deniz polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə göndərilib.
Türkiyə mətbuatının məlumatına görə, prokurorluq sənətçi barəsində məhkəmə nəzarəti tədbirinin tətbiqini istəyib. Bununla belə, onun barəsində yekun məhkəmə qərarı barədə məlumat hələ açıqlanmayıb.
Həyat yoldaşından emosional paylaşım
Özcan Denizin məhkəməyə aparıldığı vaxt həyat yoldaşı Samar Dadgar sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. O, həyat yoldaşının Öykü Karayel ilə baş rolları bölüşdüyü “Son Yemek” filmindən emosional bir səhnəni Instagram hekayəsində yayımlayıb. Videonun üzərində “Ağlayaraq sevgilimə sarılmaq istədiyim o film” ifadəsi yer alıb. Dadgar paylaşımına ağ ürək və qucaqlaşma emojiləri də əlavə edib.
Onun bu paylaşımı Özcan Denizin istintaq prosesi ilə eyni vaxta təsadüf etdiyindən Türkiyə mediasında müzakirə olunub.
İstintaq çərçivəsində 35 nəfər barəsində qərar verilib
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 23 nəfərin saxlanıldığı bildirilir.
Noyabrın 25-də aralarında Özcan Denizin, aktrisa Deniz Çakırın və Burcu Özberkin də olduğu 10 nəfər məhkəməyə göndərilib. Prokurorluq Ceylan Kayanın həbsini, digər 9 nəfərin isə məhkəmə nəzarəti altında saxlanılmasını tələb edib.
Xatırladaq ki, Özcan Denizin həm ssenarisini yazdığı, həm rejissorluq etdiyi, həm də baş rolunu ifa etdiyi “Son Yemek” filmi noyabrın 19-da tamaşaçılara təqdim olunub.
İnci
Sfera.az






