Futbolda görünməmiş hadisə: Sərxoş hakim meydandan çıxarıldı
Kateqoriya məlum deyil
Asiya Çempionlar Liqasının “Əl-Cəzirə” – “Qol Qohar” matçında qeyri-adi hadisə yaşanıb.
Sfera.az bildirir ki, görüşü idarə edən suriyalı hakim Hanna Hattabın davranışları şübhə doğurub. Hətta onun oyuna sərxoş vəziyyətdə çıxdığı iddia edilib.
Matçın 32-ci dəqiqəsində “Əl-Cəzirə”nin türkiyəli qapıçısı Ersin Destanoğluna sarı vərəqə göstərilib. Lakin qərar təxminən dörd dəqiqə sonra ləğv edilib.
İran təmsilçisinin baş məşqçisi Mehdi Rəhməti hakimin vəziyyətindən narazılıq edib və komandasının ikinci hissəyə çıxmayacağını bildirib. Nəticədə Asiya Futbol Konfederasiyası ikinci hissədə hakimi dördüncü hakimlə əvəzləyib. Hakimin sərxoş olması barədə iddia isə hələ rəsmi təsdiqini tapmayıb.
İnci
Sfera.az






