Logo

Kamran Musayev: Azərbaycanda infarkt gəncləşib

Kamran Musayev: Azərbaycanda infarkt gəncləşib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Son illər infarktın daha gənc yaşlarda baş verməsi tendensiyası müşahidə olunur. Bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada özünü göstərir”.

Bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda Sfera.az-ın əməkdaşının sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ürək transplantasiyası gözləyən xəstələr arasında gənc yaşlarda infarkt keçirmiş şəxslər də var.

“Hazırda ürək transplantasiyası gözləyən 50-dən çox xəstə var. Onların arasında 40 və daha aşağı yaşda olan, iki dəfə infarkt keçirmiş və hazırda ürək nəqli gözləyən şəxslər də mövcuddur. Bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsi olduqca vacibdir. Maarifləndirmə işinin gücləndirilməsi üçün kütləvi informasiya vasitələri və sosial media platformaları birgə fəaliyyət göstərməlidir. Donorluqla bağlı düzgün maarifləndirmə aparılarsa, gələcəkdə bir çox xəstənin sağlamlığına qovuşmasına kömək etmək mümkün olar”, –deyə Kamran Musayev vurğulayıb.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR