16 ailə yaxınlarının ölümündən sonra orqanlarının bağışlanmasına razılıq verib
Kateqoriya məlum deyil
2025-ci ilin fevral ayından bu günədək 16 ailə yaxınlarının ölümündən sonra orqanlarının bağışlanmasına razılıq verib.
Sfera.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Ürək Transplantasiyası Həftəsi” çərçivəsində Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib.
O bildirib ki, həmin donorlar vasitəsilə 85 orqan köçürülüb. Onlardan dördü ürək transplantasiyasıdır.
Yeganə Abbasova qeyd edib ki, hazırda 1500 Azərbaycan vətəndaşı orqan transplantasiyası üzrə gözləmə siyahısındadır.\\apa
Açar sözlər:






