Logo

Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin tanınmış müğənnisi Nevzat Doğansoy vəfat edib.

Sfera.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “Nev” səhnə adı ilə tanınan sənətçi 57 yaşında dünyasını dəyişib.

Bildirilib ki, müğənni qaraciyər çatışmazlığı səbəbindən bir müddətdir İstanbulda yerləşən Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı. Səhhəti ağırlaşan sənətçi oktyabrın 22-də ikinci dəfə intubasiya edilmişdi.

Müğənninin vəfatı barədə xəbəri onun meneceri İlker Ercan açıqlayıb.

Qeyd edək ki, 2000-ci illərdə məşhurlaşan Nev “Zor”, “Sen Gibi”, “Mühürlü Kaderim” və “Benmişim” kimi mahnıları ilə geniş dinləyici kütləsinin rəğbətini qazanıb.

Altay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR