Estoniya Latviya ilə sərhəddə nəzarəti gücləndirdi

Estoniya Latviya ilə sərhəddə nəzarəti gücləndirdi
Kateqoriya məlum deyil
T

Estoniya Polis və Sərhəd Mühafizəsi Departamenti (PPA) Latviya istiqamətindən ölkəyə qanunsuz miqrant axınının artması ilə əlaqədar Latviya ilə sərhəddə nəzarəti gücləndirib.

Sfera.az xəbər verir ki, bu barədə Estoniyanın “ERR” tele-radio yayım şirkəti məlumat yayıb. Bildirilib ki, ötən həftə Latviya ərazisindən Estoniyaya qanunsuz daxil olan 41 nəfər saxlanılıb. Bundan sonra Estoniya-Latviya sərhədində Latviyadan gələn şəxslərin və nəqliyyat vasitələrinin yoxlanılması intensivləşdirilib. Məlumata görə, saxlanılanlar arasında ən çox Somali vətəndaşları üstünlük təşkil edir. Onların ardınca digər Şərqi Afrika ölkələrinin, həmçinin Hindistan, Pakistan və Banqladeş vətəndaşları gəlir.

PPA-nın Cənub-Şərq şöbəsinin patrul xidmətinin rəhbəri İqor Boqdanov bildirib ki, nəzarət əsasən dəmir yolu və avtomobil yollarındakı əsas keçid məntəqələrində həyata keçirilir. Onun sözlərinə görə, mehmanxanalar, avtobus şirkətləri və digər təşkilatlar da şübhəli hallar barədə polisə məlumat verməyə çağırılıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR