“Xiaomi 18”-in təqdimat tarixi və xüsusiyyətləri məlum oldu

Dekabr ayında təqdim ediləcəyi gözlənilən standart “Xiaomi 18”modelinin texniki xüsusiyyətləri məlum olub.
Sfera.az xəbər verir ki, məlumata görə, smartfon 200 MP-lik iki kamera, Snapdragon 8 Elite Gen 6 prosessoru və 7 200 mAh tutumlu batareya ilə təchiz olunacaq.
“Xiaomi”-nin ötən həftə Çində Pro seriyasını təqdim etməsindən sonra tədbirdə nümayiş etdirilməyən standart “Xiaomi 18” modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Weibo-da paylaşımları ilə tanınan Panda is Bald adlı sızıntı mənbəyinin məlumatına görə, yeni modelin dekabr ayında istifadəçilərə təqdim edilməsi planlaşdırılır.
“Xiaomi 18”-in arxa kamera sistemi iki 200 MP-lik sensorla təchiz ediləcək. Smartfonda 1/1,28 düymlük 200 MP əsas kamera ilə yanaşı, 3x optik yaxınlaşdırmanı dəstəkləyən 200 MP periskop telefoto kamera və 50 MP ultra geniş bucaqlı sensor yer alacaq.
Smartfonun texniki bazasını Snapdragon 8 Elite Gen 6 çipseti təşkil edəcək. Cihazın 1.5K təsvir ölçüsünə malik 6,4 düymlük M11 ekranla təchiz ediləcəyi bildirilir.
“Xiaomi 18”-in 100 Vt sürətli naqilli enerji doldurma dəstəyi olan 7 200 mAh tutumlu böyük batareyaya sahib olacağı da qeyd edilir.
Mənsumə






