ABŞ-də benzin ucuzlaşdı – Qiymət martdan bəri ən aşağı səviyyədə
ABŞ-də benzinin qiyməti son aylardakı ən aşağı həddə düşüb.
Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” Amerika Avtomobil Assosiasiyasının məlumatlarına istinadən yazıb.
Məlumata görə, ölkədə benzinin bir qallonu (təxminən 3,8 litr) orta hesabla 3,78 dollara satılır. Bu, martın ortalarından bəri qeydə alınan ən aşağı göstəricidir.
Qiymətlərin enməsinə dünya bazarında neftin ucuzlaşması səbəb olub. Bu tendensiya İranla müharibənin yaratdığı inflyasiya təzyiqinin zəifləməsi əlaməti kimi qiymətləndirilir.
Xatırladaq ki, İrana endirilən hərbi zərbələrdən sonra ABŞ-də yanacağın qiyməti kəskin artmışdı. Hörmüz boğazından neft və neft məhsullarının daşınmasında yaranan problemlər qlobal enerji bazarında ciddi gərginliyə səbəb olmuşdu.
Noyabrın əvvəlində isə ABŞ-də benzinin bir qallonu iyul ayından bəri ilk dəfə 4 dollardan aşağı düşmüşdü.
İnci
Sfera.az






