Aslı Enverlə bağlı gözlənilməz xəbər

Ekranlara qayıtması gözlənilən məşhur aktrisa Aslı Enverlə bağlı gözlənilməz xəbər yayılıb. Aktrisa həyat yoldaşı, iş adamı Berkin Gökbudak və övladı ilə birlikdə Çexiyanın paytaxtı Praqaya köçməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, 2022-ci ildə Berkin Gökbudakla ailə quran Aslı Enver ana olduqdan sonra çəkilişlərə fasilə verib. Aktrisanın nə vaxt ekranlara qayıdacağı maraq doğursa da bu dəfə onunla bağlı fərqli xəbər gündəmə gəlib.
Məlumata görə, Berkin Gökbudak iş səbəbilə ailəsi ilə birlikdə Praqaya yerləşmək qərarına gəlib. O, sosial media hesabında köçlə bağlı paylaşım edərək bu qərarın illər əvvəl yaranan bir düşüncənin gerçəkləşməsi olduğunu bildirib.
Gökbudak üç il əvvəl həyat yoldaşı ilə Praqaya səfər edərkən şəhərlə bağlı “Bir gün bura bizim evimiz ola bilər” dediyini xatırladıb.
O bildirib ki, həmin vaxt bu fikrin arxasında konkret plan və ya hər hansı fürsət olmayıb. Sadəcə Praqanın onun üçün xüsusi yer olduğu hissinə qapılıb.
İndi isə həmin düşüncənin gerçəkləşdiyini deyən Gökbudak, qarşıdakı həftələrdə ailəsi ilə birlikdə Praqaya tamamilə köçməyə hazırlaşdıqlarını açıqlayıb.
Mənsumə






