“Bu müharibəni çox yaxında qazanacağıq”

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın zamanda başa çatacağını və ABŞ-ın qalib gələcəyini bildirib. O, müharibənin sona çatmasından sonra enerji və yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşacağını deyib.
Sfera.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranın nüvə silahına sahib olmasının qarşısını aldığını iddia edib.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Bu müharibəni çox yaxında qazanacağıq və hər şey başa çatacaq. Benzinin qiyməti də ciddi şəkildə aşağı düşəcək. Bunu bizdən başqa heç kim bacara bilməzdi”, – Tramp bildirib.
ABŞ Prezidenti İranın nüvə silahına sahib olacağı təqdirdə İsrailin, eləcə də Yaxın Şərq və Avropanın ciddi təhlükə ilə üzləşəcəyini irəli sürüb.
Tramp ötən həftə Ağ Evdə qəbul etdiyi Çin Prezidenti Si Cinpinlə görüşünə də toxunub. O, görüşü yüksək qiymətləndirərək, “0-dan 10-a qədər qiymət versəydim, 12 bal verərdim”, – deyə bildirib.
Bundan əlavə, Tramp Böyük Britaniyada hava bazası yaxınlığında saxlanıldıqdan sonra sərbəst buraxılan bəzi şəxslərin İranla əlaqəli ola biləcəyini iddia edib. O, həmin şəxslərin azad edilməsini də tənqid edib.
ABŞ Prezidenti Kanada ilə bağlı da açıqlama verib. Tramp ölkənin gömrük tarifləri məsələsində 3-4 həftə ərzində mövqeyini dəyişərək ABŞ-dan üzr istəyəcəyini iddia edib.
Mənsumə






