Donald Tramp Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu imzaladı

Donald Tramp Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu imzaladı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların və gömrük tarifləri ilə bağlı səlahiyyətlərin əhatə dairəsini genişləndirən, eləcə də İrana tətbiq olunan mövcud sanksiyaların müddətini uzadan qanunu imzalayıb.

Sfera.az xəbər verir ki, söhbət “2026-cı il Lindsey O. Graham Rusiya və İrana qarşı Sanksiyalar Qanunu” adlı qanundan gedir. Ağ Ev Trampın qanunu imzalayaraq qüvvəyə mindirdiyini açıqlayıb.

Qanun Rusiya hökumətinin yüksək vəzifəli şəxslərinə və qurumlarına qarşı əlavə sanksiyaların tətbiqinə imkan verir. Bundan başqa, Rusiya xam nefti və ya təbii qazının ən böyük beş idxalçısı sırasında yer alan ölkələrə qarşı gömrük tariflərinin tətbiqi nəzərdə tutulur.

Sənəddə sanksiyalardan yayınmaq üçün istifadə edilən tanker şəbəkəsinə qarşı tədbirlər də yer alır.

Yeni qanunla İrana qarşı mövcud “Sanksiyalar haqqında Qanun”un qüvvədə olma müddəti 2031-ci ilə qədər uzadılıb.

İyulun 11-də vəfat edən və İsrailə dəstəyi ilə tanınan respublikaçı senator Lindsey Qrahamın təşəbbüsü ilə hazırlanan qanun layihəsi həm respublikaçılar, həm də demokratlar tərəfindən dəstəklənib.

Sənəd avqustun 7-də ABŞ Senatında, sentyabrın 16-da isə Nümayəndələr Palatasında qəbul edilib. Daha sonra imzalanaraq qanun qüvvəsinə minməsi üçün Prezident Donald Trampa təqdim olunub.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR