"Aşk-ı Memnu"nun aktrisasından üzücü xəbər

Kino və Teatr Xadimləri Fondunun (Film-San) yaydığı məlumata görə, 81 yaşlı ustad sənətçi Gülşən Tuncer ağır xəstəliyə tutulub. Qurum sənətçinin bütün sevənlərindən dua etmələrini xahiş edib.
Sfera.az xəbər verir ki, Türkiyə televiziya məkanının unudulmaz layihələrindən olan "Aşk-ı Memnu" serialında canlandırdığı "Ahsen xanım" obrazı ilə böyük auditoriyanın rəğbətini qazanan aktrisanın səhhətində ciddi problemlər yarandığı bəlli olub.
Təcrübəli aktrisanın beynində 2-ci dərəcəli şiş aşkarlandığı bildirilir. Əldə edilən məlumata əsasən, o, artıq danışmaq və yazmaq qabiliyyətini itirib.
Film-San Fondunun rəsmi sosial şəbəkə hesabında mövzu ilə bağlı verilən açıqlamada deyilir:
“Çox dəyərli aktrisamız Gülşən Tuncərə Allahdan təcil şəfalar diləyirik. Hazırda ağır xəstəliklə mübarizə aparır. Dualarımız onunladır."
Mənsumə






