Kafein haqqında şok kəşf: Qocalmanın qarşısını alır!

Kafein haqqında şok kəşf: Qocalmanın qarşısını alır!
Kateqoriya məlum deyil
T

Böyük Britaniyada aparılan yeni araşdırma kafeinin hüceyrələrdə enerji balansı və DNT-nin bərpasını təmin edən 500 milyon illik bioloji mexanizmi hərəkətə gətirərək qocalma prosesini ləngidə bildiyini ortaya qoyub.

Sfera.az xəbər verir ki, London Kraliça Mary Universitetinin alimləri kafeinin hüceyrə səviyyəsində metabolik tarazlığı qoruyan və qocalma əleyhinə təsir göstərən mexanizmlərini aşkar ediblər.

Beynəlxalq tədqiqat çərçivəsində insan hüceyrələri ilə mühüm bioloji oxşarlıqlara malik maya modelləri üzərində kafeinin hüceyrəvi təsirləri öyrənilib. Tədqiqat zamanı kafeinin hüceyrənin “yanacaq göstəricisi” kimi fəaliyyət göstərən və metabolik balansı qoruyan AMPK (AMP ilə aktivləşən protein kinaz) ferment sistemini birbaşa stimullaşdırdığı müəyyən edilib.

Araşdırmanın aparıcı müəlliflərindən doktor Xaralambos Rallis bildirib ki, hüceyrələrin enerjisi azaldıqda sağ qalmaq üçün AMPK sistemi dövrəyə girir:

“Əldə etdiyimiz nəticələr kafeinin bu hüceyrəvi düyməni birbaşa aktivləşdirməyə kömək etdiyini göstərir”.

Tədqiqat qrupunun digər üzvü doktor Con-Patrik Alao isə kafeinin DNT-nin bərpası və stresə davamlılıq kimi qocalma ilə birbaşa bağlı olan prosesləri gücləndirdiyini vurğulayıb. Alim əlavə edib ki, bu kəşf gələcəkdə pəhriz, həyat tərzi və ya yeni nəsil dərmanlar vasitəsilə qocalmaqla bağlı xəstəliklərin qarşısının alınması üçün mühüm zəmin yarada bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR