"Apple" istifadəçilərinə şad xəbər

"Apple" istifadəçilərinə şad xəbər
Kateqoriya məlum deyil
T

"Apple" şirkəti "Google"un "Gemini" modelləri əsasında təlimatlandırılan yeni "Siri" süni intellektini özündə birləşdirən "iOS 27" və digər əməliyyat sistemi yenilənmələrinin sentyabrın 14-də təqdim olunacağını elan edib.

Sfera.az xəbər verir ki, texnologiya nəhəngi payız təqdimatında səbirsizliklə gözlənilən "iOS 27", "iPadOS 27", "watchOS 27" və "macOS 27 Golden Gate" versiyalarının sentyabrın 14-dən etibarən istifadəçilərə təqdim ediləcəyini bildirib. Qabaqcıl imkanlarla təchiz edilmiş bu yeni versiyalar şirkətin uzun müddətdir gözlənilən ağıllı rəqəmsal köməkçisi "Siri AI"nin ilk rəsmi nümayişi olacaq.

"Siri AI" alqoritmlərinin hazırlanmasında "Google"un "Gemini" modellərindən istifadə edən "Apple" yeni asistanın mürəkkəb sualları cavablandıra bildiyini və çoxmərhələli əmrləri rahatlıqla yerinə yetirdiyini vurğulayır.

Yeni əməliyyat sistemləri, həmçinin "Liquid Glass" dizayn yenilənmələrini, uşaq təhlükəsizliyi alətlərini və hərtərəfli sistem performans təkmilləşdirmələrini özündə əks etdirir.

"iOS 27" yenilənməsini alacaq "iPhone" modelləri

"Siri" süni intellekti smartfonlar arasında yalnız "iPhone 15 Pro" və daha yeni modelləri dəstəkləyəcək, planşet tərəfində isə ən son "iPad mini", eləcə də "M1" çipli və daha üstün "iPad" modellərində istifadə olunacaq. "iPhone 17" seriyası və "iPhone Air" kimi cihazlar isə təkmilləşdirilmiş daxili modellər sayəsində daha dəqiq nitq tanıma və diktə performansı təqdim edəcək.

Yenilənmə alacaq smartfon modellərinə "iPhone 17 Pro Max", "iPhone 17 Pro", "iPhone Air", "iPhone 17", "iPhone 17e", "iPhone 16 Pro Max", "iPhone 16 Pro", "iPhone 16 Plus", "iPhone 16", "iPhone 16e", "iPhone 15 Pro Max", "iPhone 15 Pro", "iPhone 15 Plus", "iPhone 15", "iPhone 14 Pro Max", "iPhone 14 Pro", "iPhone 14 Plus", "iPhone 14", "iPhone 13 Pro Max", "iPhone 13 Pro", "iPhone 13", "iPhone 13 mini", "iPhone 12 Pro Max", "iPhone 12 Pro", "iPhone 12", "iPhone 12 mini", "iPhone 11 Pro Max", "iPhone 11 Pro", "iPhone 11" və "iPhone SE (2)" daxildir.

Eyni gündə istifadəyə veriləcək "macOS 27 Golden Gate" versiyasında "Siri" süni intellekti birbaşa "Spotlight" axtarış sisteminə inteqrasiya olunacaq. Yeni "Mac" əməliyyat sistemi vahid alətlər paneli və yenilənmiş nişanları əhatə edən "Liquid Glass" dizayn dili ilə masaüstü təcrübəsini daha da təkmilləşdirəcək.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR