Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”

Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”
Kateqoriya məlum deyil
T

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev ölkəsinin nüvə silahından istifadə etmək imkanlarını şərh edərkən Ukrayna və NATO-ya növbəti dəfə xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, Rusiyanın “Vedomosti” qəzetinə müsahibə verən Medvedev Moskva üçün təhlükə yarandığı təqdirdə nüvə doktrinasına uyğun olaraq müvafiq addımların atılacağını bildirib.

O vurğulayıb ki, bu bəyanatlar sadəcə qorxutmaq məqsədi daşımır:

“Bu, bir qorxu hekayəsi deyil, reallıqdır. Təhlükəsizliyimizə yönəlmiş təhdidlər zamanı nüvə silahından istifadə hüququmuz var. Həmçinin, nüvə dövlətinin dəstəyi ilə Rusiya və ya Belarusa edilən hər hansı təcavüzə də cavab vermək haqqımız çatır. Kiyevi dəstəkləyən Qərb dünyanı qəsdən nüvə qiyamətinin astanasına gətirir”.

Ukrayna ordusunun 2024-cü ildə Kursk vilayətinə daxil olmasını, Zaporojye AES-ə və Rusiya şəhərlərinə hücumlarını xatırladan Təhlükəsizlik Şurasının rəsmisi bu addımların Üçüncü dünya müharibəsinə yol aça biləcəyini qeyd edib:

“Hərbi potensialımız Kiyev və NATO-nun əsas hədəflərinə daş üstündə taş qoymayacaq, geridə yalnız boz nüvə külü saxlayacaq zərbələr endirməyə imkan verir. Lakin bu, təkcə onlar üçün deyil, bütün planet üçün geri dönülməz nöqtə olar. İnsanlığın taleyindən məsuliyyət daşıdığımızı anlayırıq və qlobal fəlakətin qarşısını almağa çalışırıq. Amma səbrimizin də bir həddi var. Digər vasitələr nəticə verməzsə, buna əl ata bilərik. Bu addıma artıq bir neçə pillə qalıb”.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR