Kaliforniyada uşaqlar xüsusi qanunla qorunacaq

Kaliforniyada uşaqlar xüsusi qanunla qorunacaq
Kateqoriya məlum deyil
T

ABŞ-nin Kaliforniya ştatında uşaqların internet təhlükəsizliyini artıran yeni qanunlar qəbul edilib.

Sfera.az xəbər verir ki, Kaliforniya qubernatoru Qavin Nevsom uşaqların internetdə və süni intellektdən istifadə zamanı daha yaxşı qorunmasını nəzərdə tutan qanunları imzalayıb.

Yeni qaydalara əsasən, 16 yaşdan aşağı uşaqların sosial media istifadəsinə də əlavə məhdudiyyətlər tətbiq olunacaq.

Sosial media platformalarına 16 yaşdan aşağı istifadəçilərə müəyyən əlavə funksiyalar təqdim etmək qadağan ediləcək. Qanunların ştat parlamentində hər iki partiyanın dəstəyi ilə qəbul edildiyi bildirilib.

Kaliforniya qubernatorluğu bunun ABŞ-də uşaqların internet istifadəsinə dair ən sərt tənzimləmələrdən biri olduğunu açıqlayıb. Onun sözlərinə görə, texnologiya sürətlə inkişaf etdikcə uşaqların qorunması üçün tədbirlər də buna uyğun şəkildə gücləndirilməlidir.

Nevsom nəzarətsiz texnologiyanın uşaqları təhlükə qarşısında qoyduğu hallarda Kaliforniyanın buna göz yummayacağını vurğulayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR