Türkan Şoray 80-lər dəbinə qoşuldu

Türkan Şoray 80-lər dəbinə qoşuldu
Kateqoriya məlum deyil
T

Yeşilçamın “Sultanı” kimi tanınan Türkan Şoray sosial mediada populyarlaşan 80-lər trendinə qoşulub.

Sfera.az xəbər verir ki, süni intellektin dəstəyi ilə hazırlanan 80-lər trendi sosial şəbəkələrdə böyük maraq görür.

Türkan Şoray isə trendə həmin illərdə çəkilmiş öz fotosunu paylaşaraq qatılıb.

Türk kinosunun əfsanəvi aktrisalarından olan Şorayın paylaşımı qısa zamanda böyük diqqət çəkib. İzləyicilər fotoya çoxsaylı şərhlər yazıblar.

Onlardan bəziləri Şorayı “Trendin əsl sahibi” və “Sultan son nöqtəni qoydu” sözləri ilə tərifləyiblər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR