Aİ-dən Belçikaya Rusiyayla bağlı ULTİMATUM

Aİ-dən Belçikaya Rusiyayla bağlı ULTİMATUM
Kateqoriya məlum deyil
T

Avropa İttifaqının (Aİ) Almaniyanın başçılıq etdiyi bir sıra ölkələri Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə razı olmadığına görə Belçikaya faktiki olaraq ultimatum verib.

Sfera.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrə danışan, adı açıqlanmayan diplomat bildirib ki, bu vəziyyət Belçika kimi ölkələrin qarşısında seçim yaradır:

"Ya Ukraynaya dəstəyi büdcə hesabına maliyyələşdirmək və bununla da fermerlər və regionlar üçün ayrılan vəsaiti azaltmaq, ya da Rusiya aktivlərindən istifadə etməklə milyardlarla avronu dövriyyəyə buraxmaq".

Qeyd olunur ki, dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı müzakirələr Aİ ölkələrinin bu vəsaitlərlə təminat altına alınacaq yeni kredit vasitəsilə Ukraynaya maliyyə yardımı göstərmək planları fonunda yenidən gündəmə gəlib.

Bununla belə, Belçika hakimiyyətinin nümayəndəsi “Financial Times”a bildirib ki, hökumətin bu məsələdə mövqeyi dəyişməyib. Belçika tərəfi mövqeyini gələcək məhkəmə prosesləri və Rusiya aktivlərinin geri qaytarılması zərurəti ilə bağlı mümkün risklərdən yayınmaq istəyi ilə izah edir.

Daha əvvəl bir qrup ölkənin Ukraynaya yardım göstərilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı dalana dirənmiş planın yenidən nəzərdən keçirilməsinə çağırdığı məlum olub.

İspaniya, Polşa, Niderland və İsveç bu məqsədlə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın adına məktub göndərib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR