Zelenskinin təyyarəsini dron vurmağa çalışmayıb

Zelenskinin təyyarəsini dron vurmağa çalışmayıb
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Kişinyov hava limanında olarkən pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulmağa cəhd edilməyib.

Sfera.az xəbər verir ki, bu barədə CNN Moldovanın rəsmi şəxsinə istinadən məlumat yayıb.

Bildirilib ki, dron Zelenskinin təyyarəsinin yerləşdiyi ərazidən təxminən 160 kilometr uzaqlıqda partlayıb.

Sentyabrın 9-da Norveçin Baş naziri Yonas Qahr Sture Zelenskinin təyyarəsinin pilotsuz uçuş aparatı ilə az qala toqquşduğunu açıqlamışdı. Onun sözlərinə görə, hadisə Ukrayna liderinin Norveç Kralı V Haralın dəfn mərasimində iştirak etmək üçün yola düşdüyü Moldovada baş verib.

Sture qeyd edib ki, hadisə barədə ona şəxsən Volodimir Zelenski məlumat verib.

Daha əvvəl Zelenskinin Moldovaya mühafizə dəstəsinin müşayiəti ilə aparılacağı barədə məlumat yayılıb. Onun Kişinyova getdiyi yol boyunca 40-dan çox polis postunun qurulduğu bildirilib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR