"Avropalılar Ukraynada sülhün bərqərar olmasına mane olurlar"

"Avropalılar Ukraynada sülhün bərqərar olmasına mane olurlar"
Kateqoriya məlum deyil
T

Kreml mətbuat katibi Dmitri Peskov Böyük Britaniya, Fransa və Almaniya nümayəndələrinin Ukrayna üzrə danışıqlarda iştirakının prosesi mürəkkəbləşdirə biləcəyini bəyan edib. O, avropalıların müharibənin bitməməsi üçün əllərindən gələni etdiklərini vurğulayıb.

Sfera.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında gündəmdəki aktual məsələlərə münasibət bildirib.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Kiyevdəki görüşlərinə Avropa təmsilçilərinin qoşulmasını dəyərləndirən Peskov deyib:

“Bu addım danışıqlar prosesini çətinləşdirə bilər. Amerikalılardan fərqli olaraq, avropalılar bu müharibənin sona çatmasını əngəlləmək üçün var gücləri ilə çalışırlar”.

Kreml rəsmisi Vaşinqtonun sülh həlli üçün təqdim etdiyi yeni təkliflərin Kiyev üçün əvvəlkilərdən daha ağır olması barədə iddiaları şərh etməkdən yayınsa da Ukrayna rəhbərliyi üçün vəziyyətin hər keçən gün pisləşdiyini diqqətə çatdırıb.

Peskov, həmçinin Moskva ilə danışıqların sentyabrda Rusiyada keçiriləcək parlament seçkilərindən sonra başlanacağı ilə bağlı xəbərləri də cavabsız qoyub.

Almaniya Kansleri Fridrix Mertsin Rusiyaya qarşı ittihamlarına toxunan mətbuat katibi bu cür yanaşmanın ilk növbədə Berlinin özünə zərər vurduğunu, lakin Moskva kimi Almaniya ilə əlaqələrin tamamilə kəsilməsinin tərəfdarı olmadıqlarını qeyd edib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR