“ChatGPT”-nin 17 seçiminin arxasındakı həqiqət

“ChatGPT”-nin 17 seçiminin arxasındakı həqiqət
Kateqoriya məlum deyil
T

“ChatGPT”-yə 1–30 aralığında bir rəqəm seçdirdikdə ekranda tez-tez 17 cavabı görünür. Ortada hər hansı bir gizli kod yoxdur. Yapay zeka sayı seçərkən sadəcə insan davranışını təkrarlayır.

Sfera.az xəbər verir ki, Xavier Koronado-Blasqesin (Javier Coronado-Blazquez) 2025-ci ildə apardığı tədqiqata əsasən, süni intellektdən təsadüfi bir rəqəm istəmək kiçik bir oyun kimi görünsə də nəticələr belə demir.

“ChatGPT”, “Gemini” və digər modellər üzərində aparılan sınaqlarda süni intellekt alətlərinin üstünlük təşkil edərək 17 rəqəmini seçdiyi məlum olub.

"Reddit" və digər icma forumlarında paylaşılan nümunələr də bu meyli təsdiqləyir. Burada mühüm bir məqam var: modellər tamamilə təsadüfi rəqəm seçmir. Onlar təlim keçdikləri məlumat bazasındakı dil qəliblərinə və insanların vərdişlərinə əsaslanaraq cavab formalaşdırırlar.

Tədqiqatçı təhlil üçün 6 fərqli süni intellekt modelində ümumilikdə 75 mindən çox (75 600) sınaq keçirib. Modellər 1–10 aralığında əsasən 7-ni, 1–100 aralığında isə daha çox 37, 42, 47 və 73 rəqəmlərini seçiblər.

Üstəlik, modelləri daha fərqli cavablar verməyə məcbur etdikdə belə bu vəziyyət tamamilə aradan qalxmayıb. Yəni süni intellekt təsadüfi rəqəm generatoru kimi hər seçimlə eyni ehtimalı vermir, bəzi rəqəmlərə daha çox üstünlük verir. 17-nin tez-tez qarşımıza çıxmasının əsas səbəbi də budur.

İnsanlardan öyrənmiş ola bilərlər

Məsələnin başqa bir maraqlı tərəfi var: 17 rəqəminə olan bu meyil süni intellektdən də qədimdir. İnsanlar arasında keçirilən sorğularda da iştirakçıların 17-ni digər rəqəmlərlə müqayisədə daha çox seçdiyi müşahid olunub. Buna səbəb kimi 17-nin tək, sadə, dəyirmi olmayan və göstərilən aralığın tam mərkəzinə düşməyən bir rəqəm olması göstərilir.

Buna görə də 17 rəqəminin tez-tez seçilməsi gizli bir sistemdən ziyadə, insan davranışının süni intellektdəki bir əks-sədasıdır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR