İtaliyanın məşhur adalarında meşələr yanır

İtaliyanın məşhur adalarında meşələr yanır
Kateqoriya məlum deyil
T

İtaliyanın Siciliya və Sardiniya adalarında meşə yanğınları genişlənib. Güclü külək və yüksək temperaturun təsiri ilə alov yaşayış məntəqələrinə yaxınlaşıb, 100-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Sfera.az xəbər verir ki, Sardiniyanın Oqliastra bölgəsində başlayan meşə yanğını Arzana şəhərinin kənarlarına qədər çatıb.

Yanğın təhlükəsi səbəbindən 100-dən çox sakin evlərindən çıxarılıb. Təxliyə edilənlər arasında xüsusi qayğı müəssisəsində yaşayan 60 nəfər də olub.

Siciliyada da yanğınlarla bağlı vəziyyət gərgin olaraq qalır. Adanın müxtəlif ərazilərində yüksək temperatur və güclü küləyin təsiri ilə çoxsaylı yanğınlar qeydə alınıb. Yanğınlar yaşayış məntəqələri, yollar və müxtəlif infrastruktur obyektləri üçün təhlükə yaradıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR