Kim Kardashianın qızının gələcək planı

Kim Kardashianın qızının gələcək planı
Kateqoriya məlum deyil
T

Kim Kardashian və Kanye Westin qızı North West gələcəklə bağlı açıqlaması ilə diqqətçəkib. Lüks həyatın içində böyüyən gənc qız ailəsinin geniş imkanlarına baxmayaraq, adi bir qəhvə şəbəkəsində işləmək istədiyini bildirib.

Sfera.az xəbər verir ki, dünyaca məşhur Kim Kardashian və Kanye Westin ən böyük övladı olan North West uzun müddət şəxsi həyatı ilə bağlı açıqlamalardan uzaq durub. Moda, televiziya və musiqi dünyasının mərkəzində böyüyən North uşaqlıqdan həm medianın, həm də sosial şəbəkələrin diqqətində olub.

Uzun müddət sonra bir gənclər jurnalına müsahibə verən North West gələcək planlarından danışıb. Onun açıqlaması isə gözlənilməz olub.

Ailəsinin sahib olduğu böyük imkanlara baxmayaraq, fərqli və adi iş təcrübəsi yaşamaq istədiyini bildirən North West qəhvə şəbəkəsində işləməyi hədəflədiyini deyib.

Onun bu seçimi xüsusilə Kardashian ailəsinin dəbdəbəli həyat tərzi nəzərə alındıqda sosial mediada böyük maraqla qarşılanıb. Bir çox istifadəçi gənc qızın adi iş həyatını sınamaq istəyini müzakirə edib.

North Westin bu planını nə vaxt reallaşdıracağı isə hələ məlum deyil. Gənc qızın gələn il qəhvə sektorunda işləməyə başlayıb-başlamayacağı maraqla gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR