Səhər üzündə yaranan “yuxu qırışlarına” qarşı 3 təbii üsul

Səhər üzündə yaranan “yuxu qırışlarına” qarşı 3 təbii üsul
Kateqoriya məlum deyil
T

Gecə boyu eyni vəziyyətdə, xüsusilə üzü yastığa sıxaraq yatmaq dəridə “yuxu qırışları” adlanan xətlərin yaranmasına səbəb ola bilər. Uzun müddət davam etdikdə bu izlər daha nəzərəçarpan hala gələ bilər. Dərinin nəmləndirilməsi və düzgün qulluq isə bu görünüşü azaltmağa kömək edə bilər.

Sfera.az üzdə yaranan qırışlara qarşı təbii üsulları təqdim edir.

1. İtburnu yağı və aloe vera

İki çay qaşığı aloe vera gelinə 3 damcı itburnu yağı əlavə edib qarışdırın. Yatmazdan əvvəl qarışığı yanaq və gicgah nahiyəsinə yüngül masajla tətbiq edin. Bu qulluq dərinin nəmlənməsinə və daha elastik görünməsinə kömək edə bilər.

2. Xiyar suyu və E vitamini

Yarım çay stəkanı təzə xiyar suyuna E vitamini əlavə edib pambıq vasitəsilə üzə çəkin. 10 dəqiqə saxladıqdan sonra yuyun. Xiyar suyu dərini nəmləndirərkən, E vitamini antioksidant dəstək verə bilər.

3. Qızılgül suyu və mineral su

Bərabər miqdarda soyuq mineral su və saf qızılgül suyunu qarışdırıb sprey qabına tökün. Səhər oyandıqdan sonra üzə tətbiq edə bilərsiniz. Qarışıq dərinin daha təravətli və canlı görünməsinə kömək edə bilər.

Mütəxəssislər yuxu zamanı üzün yastığa uzun müddət sıxılmamasına, dərinin müntəzəm nəmləndirilməsinə və kifayət qədər su qəbuluna diqqət etməyi tövsiyə edirlər. Təbii məhsulları istifadə etməzdən əvvəl isə dərinin kiçik bir hissəsində test etmək məsləhətdir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR