Ukraynanın Qərbdən gözləntisi doğrulmadı

Ukraynanın Qərbdən gözləntisi doğrulmadı
Kateqoriya məlum deyil
T

Ukraynanın 2026-cı il üçün Qərb tərəfdaşlarından gözlədiyi maliyyə dəstəyinin böyük hissəsi hələ də təmin edilməyib.

Kiyev dövlət büdcəsində yaranan kəsiri bağlamaq üçün nəzərdə tutulan vəsaitin yalnız kiçik bir hissəsini əldə edə bilib.

Sfera.az xəbər verir ki, TASS-ın hesablamalarına görə, Ukrayna bu il Qərb tərəfdaşlarından gözlədiyi 36 milyard dollardan çox maliyyə vəsaitini hələ ala bilməyib. Ukrayna hakimiyyəti 2026-cı ildə Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da daxil olmaqla beynəlxalq tərəfdaşlardan ümumilikdə 49 milyard dollar maliyyə dəstəyi cəlb etməyi planlaşdırır. Lakin indiyədək Qərb ölkələri və beynəlxalq qurumlar tərəfindən Kiyevə 13 milyard dollardan az vəsait ayrılıb.

Bu isə Ukraynanın dövlət büdcəsinin balanslaşdırılması üçün ciddi maliyyə boşluğu yaradıb. Ukrayna bir neçə ildir rekord səviyyədə büdcə kəsiri ilə üzləşir. Kiyev də ölkənin daxili maliyyə resurslarının demək olar ki, tam tükəndiyini və əlavə vəsait cəlb etməyin getdikcə çətinləşdiyini etiraf edib. Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba avqustun 18-də bildirib ki, Kiyev beynəlxalq dəstəyin “tavanına çatıb”.

Onun sözlərinə görə, Ukrayna hazırda Qərbdən əldə etdiyindən daha çox maliyyə dəstəyi alacağına ümid etməməlidir. Kuleba Kiyevin xarici mənbələrdən əldə edə biləcəyi vəsaiti hesablayarkən son dərəcə ehtiyatlı davranmalı olduğunu vurğulayıb. Buna baxmayaraq, Ukrayna hökuməti 2027-ci ildə tərəfdaşlarından daha böyük məbləğ – 52 milyard dollar maliyyə dəstəyi əldə etməyi planlaşdırıb. Bu rəqəmlər Ukraynanın dövlət büdcəsinin xarici maliyyə yardımından yüksək dərəcədə asılı olduğunu bir daha göstərib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR